Kateqoriyasız

Braziliyada oynayan futbolçu “Lester”ə gəlir

“Lester” heyətini gücləndirmək niyyətindədi.

İdmanxeber.com-un məlumatına görə, “tüklülər” Braziliyadan futbolçu alır.

Son İngiltərə çempionu “Qremio”da forma geyinən Luan Viyera ilə danışıqlar aparır. “Lester” futbolçuya görə 25 milyon avro təklif edib. Klubların danışıqlara başladığı deyilir.

Saziş baş tutarsa hücumçu növbəti mövsümdən “Lester”də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43