Maqazin

Braziliyalı futbol əfsanəsi Messinin hansı xəstəliyə tutulduğunu açıqladı

"Barselona"nın ulduz futbolçusu Lionel Messi autizmin yüngül forması sayılan asperger sindiromuna tutulub.

Bu barədə braziliyalı futbol əsfsanəsi Romario "twitter" səhifəsində yazıb.

"İspaniya mətbuatında Messinin mental bir xəstəliyinin olub-olmaması müzakirə olunur. Atasından öyrəndiyimə görə hər hansı bir mental xəstəliyi yoxdu. Amma onda Nyuton və Eynşteyn kimi bütün dünyanın tanıdığı elm adamlarında da rast gəlinən asperger sindromu aşkarlanıb. Asperger sindromuna olan insanlar digərlərinə nisbətən olaylara daha konsentrasiya olunurlar".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43