Dünya futbolu

Braziliyalı futbolçu Premyer Liqa klubu ilə müqavilə bağladı

İngiltərənin “Vest Hem” klubu “Palmeyras”dan braziliyalı vinger Luis Gilyerme ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 18 yaşlı oyunçu növbəti mövsüm Premyer Liqada çıxış edəcək. Gilyermə Cənubi Amerika futbolunun ən perspektivli üzvlərindən biri hesab olunur.

O, “Palmeyras”ın əsas komandasında 40 oyuna çıxıb. Vinger Braziliya A Seriyasının çempionluğunu qazanıb. O, Libertadores Kubokunda və U-20 Braziliya yığmasının heyətində dünya çempionatında top qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43