Kateqoriyasız

Braziliyalı futbolçu “Qarabağ”da qala bilər

Qarabağ”ın futbolçusu Aylton Silvanın müqavilə ilə məxsus olduğu “Ştutqart” klubundakı gələcəyinə aydınlıq gəlib.

“Bild”in xəbərinə görə, II Bundesliqa klubu 25 yaşlı sol cinah müdafiəçisini gələcək planında görmür.

2017-ci ildə 2,5 milyon avroya “Eştoril”dən transfer edilən braziliya 3 dəfə icarəyə verilib. Silvanın “Qarabağ”la müqaviləsi mövsümün sonunda bitəcək. Onun “Ştutqart” ilə 2021-ci ilin iyunun 30-dək sözləşməsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43