20 Sentyabr 2024
Dünya futbolu

Braziliyalı futbolçu Səudiyyə Ərəbistanına gedir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını başqa klubda davam etdirə bilər

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı braziliyalı Səudiyyə Ərəbistanı “Əl-İttihad”ına keçməyə yaxındır. Kasemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir.

2023/24 mövsümündə bütün yarışlarda 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı yarımmüdafiəçinin dəyərini 20 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43