Kateqoriyasız

Braziliyalılar üçün “Qarabağ”da 2 yubiley

“Qarabağ”ın iki futbolçusu Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. Ağdam təmsilçisinin liderlərindən sayılan braziliyalılar Reynaldo Silva və Riçard Almeyda fərqli göstəricilərdə əlamətdar rəqəmə çatıblar. Reynaldo çempionatdakı oyun sayında, Riçard isə klubunda vurduğu qollarda buna nail olub.

“Bakı” ilə matçda Reynaldo Silva Premyer Liqada 50-ci oyununu keçirib. Bütün oyunlarını “Qarabağ”ın formasında keçirən braziliyalı ölkəmizdə 2012/13 mövsümündə debüt edib. Çempionatda 3-cü mövsümünü keçirən cənubi amerikalı bu matçlarda 27 dəfə rəqib qapılarına qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43