Ölkə futbolu

Braziliyalının biri getdi, biri gəldi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.az Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,  Azərbaycan çempionu De Melo Ponce Viktor ilə anlaşıb.

Son klubu vətənində “Leqes futsal” klubu olan 21 yaşlı braziliyalının ampluası müdafiəçidir. Əvəzində De Moura Joze Eduardo ilə anlaşma qarşılıqlı razılıq əsasında ləğv edilib. Buna səbəb braziliyalı müdafiəçinin ailəsi ilə bağlı problemlərinin olmasıdır.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Martin Guimaraes Junior Sinesio, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43