Ölkə futbolu

Bruno Bertuççi: “Risk edə bilməzdik”

“Neftçi”nin futbolçusu Bruno Bertuçi “Qəbələ” üzərindəki qələbəni şərh edib.

İdmanxeber.com-a açıqlama verən braziliyalı futbolçu bunları deyib:

“Fikirimcə yaxşı oyun keçdi. Risk edə bilməzdik. Çünki məğlub da ola bilərdik. Soyuqqanlı oynayıb, penaltilərdə də öz gücümüzü göstərdik. Kubok qazandığımıza görə, xoşbəxtəm. Avropa Liqasına 2-ci mərhələdən başlamaq çox vacibdi. “Qarabağ”ı da çempionluq münasibəti ilə təbrik edirəm. Layiqli oyunla çempion oldular”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43