Kateqoriyasız

Bryantın həlak olduğu qəzanın detalları açıqlandı: 13 yaşlı qızı da var idi (FOTO)

Milli Basketbol Assosasiyasında “Los-Anceles Leykers”də forma geyinmiş Kobe Brayntın faciəvi ölümünün detalları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, qəza zamanı helikopterdə Kobe Brayntdan başqa daha 9 nəfər olub. Ölənlər arasında NBA-nın əfsanəvi basketbolçunun 13 yaşlı qızı Cianna da olub. Qəza cəmi 15 dəqiqə içərisində baş verib. Havanın dumanlı olması və pilotun bir anlıq səhvi ucbatından sözügedən qəza qaçılmaz olub.

“Oranc Koast Kollec” bezybol klubunun baş məşqçisi Con Altobelli, qızı Alysa Altobelli, həyat yoldaşı Keri Altobelli və “Oranc Kounti” basketbol klubunun rəsmisi Kristina Mauser də qəza nəticəsində helikopterdə həyatını itirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Çempionlar Liqasında 1/8 finalın püşkü nə zaman atılacaq?

admin

“Dalğa Arena”da debüt, mövsümdə 10-cu

admin

“Arsenal” – “Çelsi” matçını canlı yayımlayacaq kanallar

admin