Kateqoriyasız

BŞGİBİ ilə AİJF arasında anlaşma memorandumu imzalanıb – FOTOLAR

Fevralın 18-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İdmanxeber.az-ın məlumatına görə, memorandumu Baş İdarənin rəisi Raqif Abbasov və federasiyanın rəhbəri Qabil Mehdiyev imzalayıblar.

 

R.Abbasov yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən, Baş İdarə federasiya ilə birgə bir sıra tədbirlər təşkil edəcək. O, rəhbərlik etdiyi qurumun federasiyanın fəaliyyətinə daim dəstək olacağını vurğulayıb.

 

AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev bildirib ki, federasiyanın əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliğidir. AİJF bu baxımdan müxtəlif idman qurumları, federasiyaları ilə əməkdaşlıqda maraqlıdır. Federasiyanın fəaliyyəti il ərzində bir sıra idman tədbirlərinin birgə təşkili, idman jurnalistləri üçün xüsusi seminar, treninq və tədbirlərin təşkilini əhatə edəcək. O, Gənclər və İdman naziri Azad Rəhimovun da AİJF-in İdarə Heyətinin üzvləri ilə görüşərək tövsiyələrini verdiyini bildirib.

 

Baş İdarə rəisinin müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, AİJF İdarə Heyəti sədrinin müavini Firuz Abdulla və İdarə Heyətinin üzvü Cəmaləddin Rəhmanov əməkdaşlığın perspektivlərindən söhbət açıblar.

 

Oxşar xəbərlər

“Spartak”ın üzvündən ağır xəstəliyə düçar olan millimizin futbolçusuna maddi dəstək

admin

“Qarabağ” Azərbaycan futbolunun lideridi” – Ponomaryov

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin