Milli komanda Ölkə futbolu

“Bu barədə AFFA ilə söhbətimiz olmayıb” – Nikola Yurçeviç

Millimizin baş məşqçi postuna namizəd olan xorvatiyalı Nikola Yurçeviç Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt” – “Qarabağ” görüşünü izləyir. 52 yaşlı mütəxəssis matçın fasiləsində Futbol11.az saytına müsahibə verib.

– Azərbaycanda ilk oyunu izləyirsiniz. Fikirləriniz necədir?

– Düz vurğuladınız ki, Azərbaycanda ilk dəfə oyuna baxıram. Onu deyə bilərəm ki, “Qarabağ” “Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.

– Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiniz. Azərbaycan futbolu ilə maraqlanırsınız?

– Məlumatım kifayət qədərdir. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.

– Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.

– Bu barədə federasiya ilə söhbətimiz olmayıb. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.

– Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiniz? Planlarınız necədir?

– Kifayət qədər millidən məlumatlıyam. Xorvatiya yığmasını da yaxş tanıyıram, çünki vətənimdir. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.

– Təlim-məşq toplanışı üçün planınız var?

– Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.

– Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiniz. Bu da o deməkdir ki, baş məşqçi postuna təyin ediləcəksiniz.

– Hər şey pozitivdir. Gözləmək lazımdır.  (Futbol11.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“İnter” – “Simurq”: heyətlər

admin

Skarlatakenin “Keşlə”dən ayrılma səbəbi

admin

“Xəzər Lənkəran”dan İK-in qərarına münasibət: “Arxamda müharibənin, savaşın nəyin baş verdiyini bilmirdim”

admin