Milli komanda

“Bu bizi aldatmamalıdı” – Qara Qarayev

“Biz xal qazanmaq üçün əlimizdən gələni etdik və bunu bacardıq. Çətin keçdi bizim üçün, anncaq nəticə qazandıq. Bu tarixi nəticədi. Azarkeşlrə də təşəkkür edirik. Artıq bizi yalnız qoymurlar”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev deyib.

Xorvatiya ilə oyunda qolsuz heç-heçə edərək senssasiyaya imza atan millinin üzvü Malta səfərinə də toxunub:

“Prosineçki dedi ki, arxaya maksimum diqqət edək. Bunu da düz elədik və nəticə qazandıq. Qarşıdan Malta ilə oyun gəlir. Burda qazandığımız xal bizi aldatmamalıdı. Malta ilə səfərdə yaxşı oynayıb nəticə qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43