13 Avqust 2020
Milli komanda

“Bu cür komanda ilə oynamaq asan olmayacaq” – Qurban Qurbanov

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov “sports.kz” saytına müsahibə verib. 

– Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdür. Klub səviyyəsində bir çox nailiyyətlər qazanan yeni baş məşqçiləri var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın.

– Bu toplanışa yeni futbolçular dəvət etmisiniz. Sabahkı oyunda debütantlardan hansınısa meydanda görmək mümkün olacaq?
– Bəli, mümkündür. Heyəti dəyişəcəyik. Hətta oyunun gedişində müəyyən dəyişikliklər edəcəyik. Milliyə çağırılan bütün futbolçular şans qazanacaqlar.

– Sizin üçün əsas motivasiya nə olacaq?

– Qazaxıstan millisi oyuna çox ciddi köklənib. Amma biz öz oyunumuzu oynayacağıq. Bu görüşlər Millətlər Liqası öncəsi son sınaqlardır. Biz də bu turnirə ən yaxşı şəkildə hazırlaşmaq istəyirik.
– Qazaxıstan millisinin oyununda hansı üstün və zəif cəhətləri qeyd edə bilərsiniz?
– Rəqibimizin Bolqarıstan və Macarıstana qarşı son iki oyununu izləmişəm. Deyə bilərəm ki, intizamlı oynayırlar, müdafiədən hücuma tez çıxırlar. Bu cür komanda ilə oynamaq asan olmayacaq.
– Qazaxıstanın heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

– Fərdi qaydada kimisə fərqləndirmək istəmirəm. Oyunçularım Qazaxıstanın üstün tərəfləri barədə bütün məlumatlara sahibdirlər.

– Sabah komandanız meydana yoldaşlıq oyunu olduğunu düşünərək çıxacaq?

– Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı matç da istisna olmayacaq. Aydındır ki, çoxları Qazaxıstana qarşı ilk dəfə oynamayacaqlar. Bu isə bizim rəqibi tanımağımızdan xəbər verir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İsrail millimizi darmadağın etdi

admin

Millimizin yeni baş məşqçisi nə zaman bəlli olacaq?

admin

Norveç millisinin baş məşqçisi: “Azərbaycanı məğlub etməliyik”

admin