Ölkə futbolu

“Bu dəqiqə bütün komandalarda təzyiq var” – “Zirə”nin kapitanı

“Kəpəz”ə qarşı yaxşı oynadıq və vacib qələbə qazandıq. Əsas xal itirməmək idi. Çünki çempionat çox gərgin keçir. Avrokubok iddiamız davam edir. Ancaq hələ heç nə bitməyib. Bu dəqiqə bütün komandalarda təzyiq var”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin kapitanı Qismət Alıyev deyib. O, sabah qarşılaşacaqları “Səbail” görüşü barədə də danışıb:

“Sabahkı oyunda qələbə qazanmaq istəyirik. Çünki “Neftçi” – “Sabah” matçında iki komadadan biri xal itirəcək. Mövsümü ikinci yerdə tamamlamaq şansımız var. Bunu dəyərləndirmək istəyirik. Bu motivasiya ilə “Səbail” matçına hazırlanırıq. Son tur çox çətin keçəcək. “Sumqayıt”ın “Qəbələ” ilə görüşü var. Hesabın neçə olacağını, kimin avrokuboklara gedəcəyini təxmin etmək çətindir”.

Qismət Alıyev Azərbaycan Kubokunun finalında qarşılaşacaqları “Qarabağ” oyunu barədə isə bunları deyib:

“Açığı, hazırda “Qarabağ” görüşü barədə heç bir fikrimiz yoxdur. Bütün diqqətlərimiz sabahkı “Səbail” matçındadı. Çünki Premyer Liqanı ikinci bitirsək, finala təmiz başqa ab-havada çıxa bilərik. Əlbəttə, “Qarabağ” da kuboku qazanmaq üçün meydana çıxacaq. Amma biz ilk öncə “Səbail”i məğlub etməliyik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43