Layihə

Bu da bizim çempionat!

Ötən gün "Qəbələ" – "Kəpəz" matçından sonra Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ilk turuna yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, ilk tur üçün azarkeş sayı da məlum olub.

Turun mərkəzi görüşü – "İnter" – "Qarabağ" oyunu ən çox azarkeşin stadiondan izlədiyi qarşılaşma olub – 2200 tamaşaçı.

Ən az azarkeş isə "Qəbələ" – "Kəpəz" matçında qeydə alınıb – 300 azarkeş.

Yeni mövsümün ilk turunu ümumilikdə 3850 azarkeş stadiondan izləyib.

Sıralama aşağıdakı kimidi:

"İnter" – "Qarabağ" – 2200 tamaşaçı

"Qəbələ" – "Kəpəz" – 300 tamaşaçı

"Zirə" – "Sumqayıt" – 1000 tamaşaçı

AZAL – "Neftçi" – 350 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43