Dünya futbolu

Bu da Burak Yılmazın yeni klubu

Türkiyə millisinin və “Beşiktaş”ın hücumçusu Burak Yılmaz karyerasını Fransada davam etdirəcək.

İdmanxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “ağ-qaralar”ın hücumçusu Fransanın “Lill” klubu ilə anlaşıb.

“Qara qartal”da 2 milyon avro maaş alan hücumçunun klubdan 1,5 milyon avro alacağı var. Burak Fransa klubu ilə anlaşmaya qarşılıq 750 min avronu “Beşiktaş”a bağışlayıb və azad agent statusu alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43