Kateqoriyasız

Bu da dəqiqləşdi: “Dandolk” – “Qarabağ” oyunu canlı yayımda

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya çempionu “Dandolk”la keçirəcəyi ilk oyun canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, Dublindəki keçiriləcək və saat 22:45-də başlyacaq qarşılaşma “CBC Sport”un canlı efirində olacaq. Bu barədə telekanalın rəsmi “Feysbuk” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, sabahkı matçın, eləcə də “Arsenal” – “Neftçi” görüşünün “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacağını bir neçə gün öncə xəbər vermişdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43