Kateqoriyasız

Bu da “Qarabağ”ın pley-offdakı rəqibi

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bilinib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu mərhələdə Şotlandiyanın “Aberdin” kollektivi ilə qarşılaşacaq.

Şotlandiya təmsilçisi İslandiyanın “Breydablik” komandasını mübarizədən kənarlaşdırıb – 3:2, 2:1.

İlk oyun 19 avqustda Bakıda, cavab qarşılaşması isə 26 avqustda Şotlandiyada baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43