Kateqoriyasız

Bu da son: “Qarabağ” – “Molde” matçı bu ölkədə keçiriləcək

Çempionlar Liqası III təsnifat mərhələsinin “Qarabağ” – “Molde” matçı Azərbaycanda keçirilməyəcək.

İdmanxeber.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, görüş Kiprin Larnaka şəhərində oynanılacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, püşkə əsasən, oyun 15-16 sentyabrda Bakıda keçirilməli idi. Lakin “Molde” klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43