03 Oktyabr 2024
Kateqoriyasız

Bu da son: “Qarabağ”ın “Valetta” ilə səfər matçı canlı yayımlanacaq!

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Malta "Valetta"sı ilə səfər matçı canlı yayımlanacaq.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, iyulun 15-də Maltada baş tutacaq oyun İdman Azərbaycan telekanalı vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43