Dünyadan

Bu da son: “Real” yeni baş məşqçisinin kim olacağını açıqladı

Karlo Ançelotti ilə yollarını ayıran “Real”da yeni baş məşqçinin kimliyi dəqiqləşib.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubu boş qalmış baş məşqçi postuna Rafael Benitezi gətirib. 

“Kral klubu”nun rəsmi saytının yaydığı xəbərə görə, onunla üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Benitez 2014/2015 mövsümündə “Napoli”ni çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43