Dünyadan

Bu da son: Ronaldo “Real”dan gedir?

Son vaxtlar Ronaldonun “Real”dan gedəcəyiilə bağlı yayılan xəbərlərə ulduz futbolçudan münasibət gəlib.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı futbolçu verdiyi açıqlamada Madrid klubundan ayrılmayacağını deyib:

“Dünyanın ən böyük klublarından birindəyəm və çox xoşbəxtəm. Burada daha çox kuboklar qazanmaq istəyirəm.

Komandadan ayrılacağımla bağlı heç kəslə danışmadım. Açıqlamalar da vermədim. Bu tip xəbərlər klubumda aranı qarışdırmaq üçün yayılır. Ümid edirəm ki, bu xəbərlərə son qoyulacaq. “Real”da hər şey yolundadır”.

Qeyd edək ki, Ronaldonun yenidən sabiq komandası “Mançester Yunayted”ə qayıdacağı iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43