Dünyadan

Bu da son: Ulduz futbolçu “Qalatasaray”dan getdi

“Qalatasaray”ın forvardı Didye Droqba komandadan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, Fil Dişi Sahili yığmasının forvardı “Kayseri Erciyesspor”la Superliqa matçından sonra komandası ilə vidalaşıb. Paltardəyişmə otağında komanda yoldaşlarına uğurlar arzulayan Droqbanın karyerasını hansı klubda davam etdirəcəyi hələ ki, bəlli deyil. 

Məlumatı Türkiyə mətbuatı yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43