Ölkə futbolu

Bu da son: Vaqif Cavadovun yeni klubu rəsmən bəlli oldu

“İnter”dən ayrıldıqdan sonra adı “Xəzər Lənkəran”la hallanan Vaqif Cavadovun yeni iş yeri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, Cavadov Türkiyə birinci divizion təmsilçisi “Qaziantep Büyükşehir Belediyespor”la iki illik müqavilə imzalayıb. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, Qaziantep klubunun mətbuat xidmətinin rəhbəri İbrahim Açıkgöz jurnalistlərə açıqlamasında: “Heyətimizə Vaqif Cavadov kimi önəmli futbolçu cəlb etdik. Onun komandaya fayda verəcəyinə inanırıq” – deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43