Ölkə futbolu

Bu da son: “Xəzər Lənkəran”dan “Qəbələ”yə

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubu “Xəzər Lənkəran”dan ayrılan Rəşad Sadiqovu heyətinə qatıb.

Təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Yaxın saatlarda bu keçid rəsmən açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43