Milli komanda

Bu dəfə irəlilədik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Prosineçkinin rəhbərlik etdiyi millimiz hazırda 296 xalla 116-cı pillədə qərarlaşıb.

Siyahının ilk pilləsində dəyişiklik olmayıb. Belçika yığması birinci pillədəki mövqeyini qoruyub. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43