Dünya futbolu

“Bu, futbol üçün vacib qərardır” – Karlo Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Superliqanın mümkün yaradılmasına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis bunun olduqca vacib layihə olduğunu açıqlayıb:

“Bu, futbol üçün vacib qərardır. Bəzi klublar əmin deyil, amma düşünürəm ki, bu, hamı üçün müsbət ola bilər. Artıq monopoliyanın olmaması müsbət fakt olacaq”.

Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Superliqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43