Dünya futbolu

Bu futbolçu “Fənərbaxça”dan ayrılır

Belçikanın “Brügge” klubu “Fənərbaxça”nın futbolçusu Nabil Dirarı heyətinə qatmaqda maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunun yayda Belçika klubuna transferi gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça” ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan Dirar, 2008-2012-ci illərdə “Brügge”də forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43