Kateqoriyasız

Bu futbolçu “Kəpəz”ə lazım deyil – Göndəriləcəyi dəqiqləşdi

Qış transfer pəncərəsində “Kəpəz”i tərk edəcək ilk legionerin adına aydınlıq gəlib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi müdafiəçisi Peyman Keşavarzi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməyi düşünür. Premyer Liqa matçlarının bir çoxunda zədəli olduğu üçün forma geyinə bilməyən iranlı futbolçu yanvarda komandanı tərk edəcək.

Qeyd edək ki, “Kəpəz” digər legioneri – gürcüstanlı futbolçu Mixael Erqemlidze ilə də yolları ayırmaq istədiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43