Kateqoriyasız

Bolqarıstanlı futbolçu “Qarabağ”dan ayrılır

Bir müddətdir ki, “Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkən Simeon Slavçev klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Bolqarıstan mətbuatı xəbər yayıb.

26 yaşlı yarımmüdafiəçi ölkəsininin “Levski” klubu ilə danışıq aparır. Sofiya təmsilçisi qış fasiləsində Slavçevi transfer edəcəyinə ümidlidir. Buna görə də futbolçuya yaxşı müqavilə təklif edilib.

Slavçev 2018-ci ilin yayında Lissabonun “Sportinq” klubundan “Qarabağ”a keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43