08 Sentyabr 2024
Kateqoriyasız

Bu futbolçular “Linkoln”la oyunda “Qarabağ”a kömək edə bilməyəcək

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la oyuna 3 itki ilə çıxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Amin Ramazanov və Musa Qurbanlı zədəli, Elvin Cəfərquliyev isə cəzalı durumda olduğundan görüşü buraxacaq. Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyununda sonra meniskində ağrılar hiss edən Musa Bakıda müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Linkoln”la “Qarabağ” arasında ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43