09 Fevral 2023
Ölkə futbolu

“Bu gün 2 xal itirdik” – Tərlan Əhmədov

“Bura 3 xal üçün gəlmişdik. Məsələni ilk hissədə həll etmək istədik. Ancaq buna nail ola bilmədik. Bu gün 1 xal qazandıq, 2 xal itirdik. Məğlub da ola bilərdik. Komandanın oyunu 70 dəqiqə məni qane etdi”.

İdmanxeber.az-ın məlumatına görəz bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmedov “Şamaxı” ilə heç-heçə etdikləri matçdan sonra dedi.

O, daha sonra matçın son dəqiqələrində yaranmış gərginliklə bağlı bunu dedi:

“Meydana girən şəxs “Şamaxı”nın sadiq azarkeşlərindəndi. Tanıyıram onu. Onun meydana necə girdiyini artıq mən deyə bilməyəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43