Kateqoriyasız

Bu həftə Gəncə klubuna 3 yeni əcnəbi futbolçu qoşulur – SON DƏQİQƏ!

Yeni mövsümə Gəncədə hazırlaşan “Kəpəz” bu həftə yeni legionerlərinə qovuşacaq.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, komanda yalnız yerli futbolçularla hazırlığı davam etdirir. Lakin bu həftə sonuna kimi həm müqaviləsi yenilənən legionerlər, həm də komandaya yeni cəlb olunan əcnəbi futbolçular Gəncə təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, “sarı-göylər” Lassana N’Diaye, Karim L’Kouça və Rojerio Santosla anlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43