Dünya futbolu

Bu hesabın ədalətsiz nəticə olduğunu düşünürəm

Portuqaliyanın baş məşqçisi Paulo Bentu Albaniya ilə görüş haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın seçmə mərhələsinin ilk oyununda qarşılaşdıqları Albaniya millisinə məğlub olan(0:1) Portuqaliya millisinin baş məçqçisi oyunu belə şərh edib:

“Birinci hissənin ilk 20 dəqiqəsində qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Oyuna bütünlükdə biz nəzarət edirdik. Ancaq ilk 20 dəqiqədən sonra yaxşı oynamadıq. Fasilədən sonra hücumlar etsək də, qapımızda qol gördük. Matçın favoriti biz idik, lakin uduzduq. Bu hesabın ədalətsiz nəticə olduğunu düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43