20 Sentyabr 2024
Dünyadan

Bu hücumçunun ümumi qollarına siz ad verin: Nə het-trik, nə poker, nə də penta-trik…

Uels-in əsas çempionatında maraqlı hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, "Afan Lido" – "Port Talbot" matçında 10 qol vurulub. Maraqlısı budur ki, qonaqların 8:2 hesabı ilə qələbə qazandığı matçda 8 qolun hamısını "Port Talbot"un hücumçusu Qriffts vurub. O, ikisi penaltidən olmaqla ümumilikdə 8 qol vuraraq Dabl Poker edib. Qısacası, Qriffts ikiqat poker edərək komandasına möhtəşəm qələbə qazandırıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43