20 Sentyabr 2020
Kateqoriyasız

“Bu informasiya doğru deyil” – AFFA rəsmisi

“Bakıda keçiriləcək Avroliqanın final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Qurum rəsmisi bildirib ki, mətbuatda final oyunu öncəsi mərkəzi küçələrdə vətəndaşların hərəkətinə məhdudiyyətin qoyulması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu”.

Qeyd edək ki,  final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Emil Balayevin yeni klubu bilinir: İlk öncə baxışdan keçəcək (Açıqlama)

admin

“Arsenal”ın baş məşqçisini əsəbiləşdirən sual: “Zəhmət olmasa…”

admin

Monroz niyə “Neftçi”nin toplanışına qatılmadı?

admin