Ölkə futbolu

Bu klub bütün heyətlə “Bakı”nı dəstəkləmək üçün Qəbələyə getdi

Bu gün Topaz Premyer Liqasının növbəti turu çərçivəsində “Qəbələ” klubu öz doğma meydanında “Bakı”nı qəbul edəcək.Saat 17: 00 da baş tutacaq oyun komandaların avrokuboklarda iştirak etməsi üçün önəmlidir. Keçiriləcək həmin oyunda hər iki komandaya uğurlar arzu edirik.

İdmanxeber.com-un məlumatına görə, bu barədə birinci divizionda mübarizə aparan “Lokomotiv” klubu xəbər yayıb. Biləcəri klubu “Bakı”nı dəstəkləmək üçün tam heyətlə Qəbələyə yollanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43