08 Sentyabr 2024
Ölkə futbolu

Bu klub danışığı pozdu – “Turan Tovuz” bu səbəbə görə meydana çıxmadı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” klubunun dünən keçirilməli olan “Kocaelispor” görüşü ləğv edilib.

İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb tərəflər arasında yayım məsələsi səbəbindən anlaşılmazlıq olub. Belə ki, Türkiyə klubu görüşün canlı yayımlanmasını istəsə də, Tovuz təmsilçisi buna qarşı çıxıb.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev komandanın oyun planı və taktikasını gizlətmək üçün matçın yayımlanmasını istəməyib. Hətta bu səbəbdən tərəflər arasında kiçik qarşıdurma yaranıb. 

Oyunun canlı yayımlanacağının əvvəlcədən nəzərədə tutulmadığını deyən klub nümayəndələri çəkilişə mane olub və yekunda görüş ləğv edilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43