Kateqoriyasız

Bu klub Mahir Emreli üçün hərəkətə keçdi

Polşanın daha bir klubu “Qarabağ”ın hücumçusu Mahir Emreli ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, söhbət Polşa Ekstraklasasında 2-ci sırada olan “Rakuv” klubundan gedir. Polşanın “transfery.info” saytının yaydığı xəbərdə bildirilir ki, komandanın baş məşqçisi Marek Papuşun Mahiri öz komandasında görmək istədiyi bildirilib.

Qeyd edək ki, Mahirin “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədərdir. Azərbaycan millisinin də formasını geyinən futbolçu ilə daha əvvəl Polşanın “Zaqlebye” klubu maraqlanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43