06 Sentyabr 2024
Dünyadan

Bu klub Renat Dadaşovu transfer etmək istəyir – İsveçrədən xoş xəbər gözləyirlər

Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün növbəti təklif gəlib.

İdmanxeber.az sportal.az-a istinadən verdiyi  məlumata görə, azərbaycanlı hücumçunun xidmətində Xorvatiya klubları maraqlıdır.

Onlardan biri “Hayduk”dur (Split). Ötən mövsüm Xorvatiya çempionatında “Dinamo” (Zaqreb) ilə çempionluq mübarizəsi aparmış, ancaq nəticədə üçüncü pilləni tutmuş klub Dadaşovu heyətinə qatmağı planlaşdırır.

Xorvatiya təmsilçisi bunun üçün “Qrasshopper”ə müraciət edib. Onlar maliyyə məsələlərində razılıq əldə olunarsa, Renatın keçidini tez bir zamanda həll etmək istəyir.

Məsələ burasındadır ki, bu klub ölkəsini Konfrans Liqasında təmsil edir. “Hayduk”un Konfrans Liqasının ikinci təsnifat mərhələsində “HB Torshavn”(Farer adaları) komandası ilə qarşılaşacaq. 
Renatın “Qrasshopper”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Əlavə edək ki, “Hayduk”un baş məşqçisi İtaliya millisinin keçmiş futbolçusu Cennaro Qattuzodur. Xatırladaq ki, Renat ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43