Ölkə futbolu Premyer Liqa

Bu klubda qeyri-müəyyənlik davam edir – son 1 həftə

Bir illik fasilədən sonra yenidən Premyer Liqaya dönən “Şamaxı” klubu baş məçqçisi Ramiz Məmmədovla bağlı yekun qərarını verməyib.

İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisinin rəhbərliyi bu məsələdə tələsməməyə çalışır. 2024/2025 mövsümündə əsas hədəfi Premyer Liqada qalmaq olan “Şamaxı”da yaxın günlərdə iclas olacaq. Məhz bundan sonra klub rəhbərliyi Məmmədovla bağlı yekun qərarını açıqlayacaq.

Hələlik, “Şamaxı” tərəfi heç bir baş məşqçi ilə danışıqlar aparmır və iclasdan sonra veriləcək qərarın ardından yeni mövsümün planlamasına başlanılacaq. Klubun iclası isə ən geci 1 həftə sonra baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43