Kateqoriyasız

Bu klubun Mahir Emreli israrı davam edir

Xorvatiyanın “Dinamo” klubu Mahir Emrelinin “Legiya”dan ayrılmasını gözləyir.

İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi Mahirin “Legiya” ilə müqaviləyə xitam verməsinin ardından onu komandaya cəlb edəcək. “Dinamo” Mahir üçün yüksək təzminat məbləği ödəmək istəmir. Buna görə klub rəhbərliyi 24 yaşlı oyunçu ilə “Legiya” arasında mübarizədə hüquqi vəziyyətin inkişafını gözləyirlər.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43