21 Sentyabr 2024
Dünya futbolu

Bu komanda A Seriyasına yüksəldi

A Seriyasına yüksəlmək üçün pley-off mərhələsinin cavab oyunu başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, elitaya gəlmək uğrundakı mübarizədə “Venesiya” “Kremoneze”ni 1:0 hesabı ilə məğlub edib.

Tərəflər arasındakı ilk matç heç-heçə (0:0) bitdiyi üçün bu qələbə “Venesiya”nı A Seriyasına çıxardıb.

Komanda mövsümü B Seriyasında 70 xalla 3-cü bitirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43