21 Fevral 2020
Kateqoriyasız

Bu legioner “Qarabağ”dan gedir

“Qarabağ” müdafiəçisi Jakub Jezniçakla yollarını ayırmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Polşa mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, mövsümün sonunda “Qarabağ”la müqaviləsi başa çatacaq 33 yaşlı futbolçuya yeni sözləşmə təklif olunmayıb. Buna görə də, polşalı futbolçu yayda “Qarabağ”dan ayrılacaq.

Onun sabiq komandası “Legiya”ya dönəcəyi gözlənilir.

Qeyd edək ki, Jezniçak 2017-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Oxşar xəbərlər

“Qarabağ”da qeyri-müəyyənlik: Biri qayıtdı, biri getdi

admin

Çempionlar Liqasında turun rəmzi komandası – FOTO

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin