Ölkə futbolu

“Bu lider komanda üçün nöqsandı” – Azər Bağırov

“Tovuz səfərinin çətin olacağını bilirdik. Bu oyun nəinki 6 xallıq, çempionluq yolumuzda əsas rəqibimizi sıradan çıxarmaq idi”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

Naxçıvan təmsilçinin çalışdırıcısı ötən gün “Turan Tovuz” üzərindəki qələbəni (6:5) şərh edərkən müdafiə xəttinin çıxışından narazı qaldığını ifadə edib:

“Qəbələ qazanmağımıza baxmayaraq müdafiə xəttindən narazı qaldım. Demək olar ki, buraxdığımız 5 qolun 4-ündə futbolçularım verdiyim tapşırığı düzgün yerinə yetirmədi.  Heç kim istəməzdi ki, bir oyunda bu qədər qol buraxsın. Bu birinci yerdə gedən komanda üçün nöqsandı. Növbəti oyunlarda bu səhvlərimizi düzəldəcəyik. Çünki müdafiədə belə bir səhvlər etmək məni bir baş məşqçi kimi qane etmir”.

Hazırda ikinci yerdəki komandadan 1 oyun artıq keçirməklə 10 xal öndə olan “Araz Naxçıvan”da Premyer Liqa hazırlıqları başlayıbmı? Bağırov bu sualı belə cavablandırdı:

“Bizim ilk işimiz divizionda çempion olmaqdı. Bizimlə bir çox futbolçu Premyer Liqaya yüksələcək. İndi əsas hədəfimiz qızıl medalları qazanmaqdı. Biz çempion olub qızıl medallarımızı Klubun İdarə Heyətinin sədri Vüqar Abbasova hədiyyə etmək istəyirik. Çünki Vüqar müəllim daim bizim yanımızda olub, daim dəstəkləyib.

Bəlli bir strategiyamız, planlarımız var. Hədəfimimz ilk ildə liqada bərkimək və növbəti ildən isə Avroliqa, Konfrans Liqasında çıxış etməkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43