20 Sentyabr 2024
Ölkə futbolu

“Bu mərhələdə zəif rəqib olmur” – “Qarabağ”ın rəhbər şəxsi

“Püşk bizə Portuqaliyanın iddialı klublarından olan “Braqa”nı rəqib etdi. Bu mərhələdə zəif komanda olmur”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın direktoru Emrah Çelikel Ağdam təmsilçisinin pley-off mərəhləsindəki püşkünü dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Braqa” Çempionlar Liqası kimi turnirdən bura gəlib. Bu komandanın büdcəsi onların gücünün göstəricisidi. Lakin biz də mərhələdə adlayıb xalqımızı sevindirmək istəyirik. Həmişəki kimi çalışacağıq ki, daha yaxşı nəticələr qazanaq, azarkeşlərimizi sevindirək”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43