Kateqoriyasız

“Bu matçın belə keçəcəyini gözləyirdim” – Kristian Ştrayx

“Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim. “Qarabağ”ın çox yaxşı futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Frayburq”un baş məşçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ” üzərində qələbəni şərh edərkən deyib.

Almaniyalı mütəxəssis “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşdən əvvəl və sonra söhbət etdiyini xatırladıb: “Ona Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim. Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı”.

Ştrayx qrupda favoritin olmadığını sözlərinə əlavə edib: “Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43