Kateqoriyasız

“Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq”

”İnter”i qələbə münasibəti ilə təbrik edirəm, çox yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların qarşısını ala bilmədik. Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu buraxdıqdan sonra isə işimiz daha çətin oldu”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar “İnter”lə matçdan (0:3) sonra deyib.

“Aslanlar”ın türkiyəli çalışdırıcısı güclərini yalnız kubok oyununa saxladıqlarını bildirib:

“Bütün gücümüzü kuboka yönəldəcəyik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və “Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər. Hakimlərə təşəkkür edirəm, oyunu yaxşı idarə etdilər”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43