29 Sentyabr 2020
Milli komanda Müsahibə

“Bu, peşəkar futbolçuya yaraşan hərəkət deyil” – Maksim Medvedev

Millətlər Liqasının I turunda keçiriləcək Azərbaycab – Lüksemburq oyunundan öncə keçirilən mətbuat konfransında yığmamızın futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavablandırdı…

– Sənin də üzvü olduğun “Qarabağ”ın futbolçuları sıx qrafiklə oynayır. Sabahkı oyuna hazırlıq necədi?
– Ola bilər ki, qrafik sıxdı. Ancaq indi milli komandanın düşərgəsindəyik. Özümüzə gəlmək üçün vaxt var idi. Gündə iki dəfə məşq edirdik. Yeni baş məşqçimiz var, çox şeyin üstündə çalışmalıyıq. Qısa zamanda ən doğrusunu verməyə çalışıb. Yeniliklərlə çalışdıq. 30 yaşım var, təcrübəli oyunçuyam, belə qrafikdən necə çıxmağın yolunu bilirəm. Sabah meydana çıxıb 90 dəqiqə mübarizə aparmağa hazıram.

– Dünən xəbər yayılmışdı ki, futbolçular baş məşqçinin yükləmələrindən narazıdı…
– Heç bir futbolçu narazlığını bildirməyib. Bu, peşəkar oyunçuya yaraşan hərəkət deyil. Baş məşqçi təcrübəli mütəxəssisdi. Ola bilər ki, gündə 3 məşq edək, ancaq müddəti az olsun. Komandanın oyun problemləri var və bunları aradan qaldırmaq üçün məşqlərə ehtiyac var idi. Ancaq fiziki məşqlər etməmişik ki, kimsə narazılıq etsin. Futbolçularla da bu məsələni müzakirə etmişik. Belə bir şey yoxdu. Yayılan məlumatlar həqiqəti əks etdirmir.

– “Qarabağ”ın heyətində Lüksemburq klublarına qaşrı çox oynamısan. Bu ölkənin yığması ilə klublarını necə müqayisə edə bilərsiz?
– Lüksemburq millisi və klubları çox fərqlidi. Millidə yerli çempionatda çıxış edən oyunçular azdı, əksəriyyəti ölkə xaricində çıxış edirlər. Klubla millini müqayisə etmək olmaz. Rəqibi analiz etmişik və oyuna hazırıq.

– Bu baxımdan bizim hamımızdan zəif olduğumuzu demək olar?
– Sözümdən belə çıxmır. Futbolçularımızın zəif olduğunu demirəm. Bizdə elə futbolçu var ki, “Qarabağ”da oynayır və bu komandanın heyətində güclü komandalara qarşı mübarizə aparır. Ona görə də biz deyə bilmərik ki, Azərbaycan çempionatında oynadığımız üçün kimdənsə zəifik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ruslan Abışov: “Hazırkı mövqe layiq olduğumuz yer deyil” – MÜSAHİBƏ

admin

Yaşar Vahabzadə: “Millimiz bundan daha böyük uğurlar əldə edəcək”

admin

Rauf Əliyev: “Bu günə qədər oynadığımı oynamışam, tanıyan tanıyır” – MÜSAHİBƏ

admin