Milli komanda

“Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidir”

Millimizin futbolçusu Cihan Özkara ABŞ yığması ilə oyun öncəsi fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına  görə, Özkara ABŞ yığması haqda kifayət qədər məlumatlarının olduğunu deyib:

“Yurgen Klinsmanın komandası Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidir. ABŞ millisi üçün dünya çempionatı öncəsi son sınaqlardan biridirsə, bizim üçün güclü rəqiblə oyunda hazırlığımızın hansı səviyyədə olmasını bilməyimiz baxımından vacibdir. Təbii ki, hər birimiz çalışıb bu görüşdən maksimum nəticə ilə ayrılmaq istəyirik.

Toplanışımız yüksək səviyyədə təşkil olunub. Komanda daxilində ab-hava çox yaxşıdır. Tək çətinliyimiz saat fərqinin olmasıdır. Buna da uyğunlaşmağa çalışırıq. Məşqlərimiz çox intensiv şəkildə davam edir. Oyuna qədər tam hazır olmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43